• Şamaxı rayon Heydər Əliyev Mərkəzində "20 Yanvar-Qan Yaddaşımız" adlı silsilə tədbirlər keçirilib -FOTOLAR

    Şamaxı rayon Heydər Əliyev Mərkəzində "20 Yanvar-Qan Yaddaşımız" adlı silsilə tədbirlər keçirilib  -FOTOLAR

    Xalqımızın azadlıq tarixində mühüm yer tutan 20 yanvar faciəsinin 32-ci ildönümü ölkəmizdə yüksək səviyyədə qeyd olunur. 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir və bu baxımdan 20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir. 20 Yanvar həm də milli iradəmizin zəfər çaldığı gündür. Bu gün Azərbaycan tarixində təkcə faciə deyil, həm də istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu səbəbdən də 20 Yanvar hadisələri Azərbaycan xalqının iradəsini və bütövlüyünü sarsıda bilmədi.

    Şamaxı rayon Heydər Əliyev Mərkəzində "20 Yanvar-Qan Yaddaşımız" adlı silsilə tədbirlər keçirilib  -FOTOLAR

    Artıq bütün şəhidlərimizin ruhu şaddır. Çünki onların uğrunda canlarından keçdiyi Azərbaycan 44 günlük Vətən müharibəsindən qalib çıxaraq öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan xalqı öz şəhidlərini heç zaman unutmayacaq, onların əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq.
    Hər il olduğu kimi bu il də 20 yanvar faciəsinin növbəti ildönümü Şamaxı rayopnunda müxtəlif tədbirlərlə yad edilib.
    17-18 yanvar tarixlərində Şamaxı Heydər Əliyev mərkəzində "20 Yanvar-Qan Yaddaşımız" adlı silsilə tədbirlər keçirilib.Tədbirdə Şamaxı rayon 2 sayli tam orta məktəbin şagirdləri,1 sayli körpələr evi-uşaq baxçasının uşaqları və Şamaxı Avropa Liseyinin şagirdləri iştirak ediblər.

    Şamaxı rayon Heydər Əliyev Mərkəzində "20 Yanvar-Qan Yaddaşımız" adlı silsilə tədbirlər keçirilib  -FOTOLAR

    İlk öncə milli müstəqillik, azadlıq uğrunda mübarizədə həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbirdə mərkəzin baş fond mühafizi Nicat Əhmədli çıxış edərək bildirdi ki, 1990-cı il yavarın 20-də SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı apardığı ədalətsiz və qərəzli siyasətinə etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutulub. Milli azadlıq və müstəqillik üçün ayağa qalxan əhali həm də yerli rəhbərliyin yarıtmaz fəaliyyətinə etiraz edirdi. Həmin gün Azərbaycanda sovet hakimiyyəti tərəfindən törədilən faciə insanlığa qarşı törədilən ən qəddar cinayətlərdən biridir.
    Daha sonra mərkəzin bələdçisi Şəhla İsmayılova çıxış edərək 20 yanvar faciəsinin tariximizdə və qan yaddaşımızdakı əhəmiyyətindən danışdı : “Müstəqil dövlətçilik ənənələrimizi bərpa etmək uğrunda aparılan mübarizənin mühüm mərhələsini təşkil edən 20 Yanvar faciəsi azadlığımızın rəmzi abidəsinə çevrilib. Azərbaycan gənciliyi xoşbəxtdir ki, güclü ordusu və qətiyyətli LİDERi olan ölkədə yaşayır. Bu isə xalqımızın bir daha faciələrlə, soyqrımlarla sınağa çəkilməyəcəyinə tam təminat verir. İllər keçsə də, şəhidlərimizin qanının hədər axmadığını, o qanlar bahasına bugünkü azadlığımızın, müstəqilliyimizin, dövlət quruculuğumuzun, tərəqqimizin bünövrəsinin qoyulduğunu gələcək nəsillər böyük ehtiramla xatırlayacaqdır. Çünki ümummilli liderimiz Heydər Əliyevin də dediyi kimi: “Hər bir şəhid millətin mənəvi ucalığıdır. Şəhidlik milləti yüksəldən, milləti millət edən amillərdən biridir”.

    Şamaxı rayon Heydər Əliyev Mərkəzində "20 Yanvar-Qan Yaddaşımız" adlı silsilə tədbirlər keçirilib  -FOTOLAR

    Daha sonra şagirdlər əvvəlcə 20 Yanvar şəhidlərinin xatirisənə həsr olunmuş şəkil-kitab sərgisi ilə tanış oldular. Sərgi ilə tanışlıq zamanı ı mərkəzin əməkdaşı Nuridə Qədirova Ümummili liderin 20 yanvar faciəsinə münasibəti barəsində şagirdlərə ətraflı məlumat verərək bildirdi ki, Heydər Əliyev həmin günlərdə özünün və ailəsinin həyatını təhlükə altına ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, kommunist partiyası rejiminin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləmiş, xalqımıza qarşı törədilən bu cinayətə, günahsız insanların öldürülməsinə etirazını bildirmiş, təqsirkarların cəzalandırılmasını tələb etmişdir. Ulu öndər Heydər Əliyev həmin günlərdə Azərbaycan xalqının kədərini bölüşməklə yanaşı, qanlı 20 Yanvar hadisəsinə ilk həqiqi siyasi qiymət vermişdir.

    Şamaxı rayon Heydər Əliyev Mərkəzində "20 Yanvar-Qan Yaddaşımız" adlı silsilə tədbirlər keçirilib  -FOTOLAR

    Bu siyasət Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyev də 20 Yanvar şəhidi ailələrinin və yaralılarının qayğılarını daim diqqət mərkəzində saxlayır. Dövlət başçısının fərmanlarına əsasən 20 Yanvar hadisələri ilə zamanı əlil olmuş şəxslər və şəhid ailələri üçün təqaüdlərinin artırılması onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması bu diqqət və qayğının daha bir bariz nümunəsi kimi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
    Tədbir şagirdlərin şəhidlərin xatirəsinə həsr etdikləri kompozisiyanın nümayiş etdirilməsi ilə davam edib.

    Şamaxı rayon Heydər Əliyev Mərkəzində "20 Yanvar-Qan Yaddaşımız" adlı silsilə tədbirlər keçirilib  -FOTOLAR
    Şamaxı rayon Heydər Əliyev Mərkəzində "20 Yanvar-Qan Yaddaşımız" adlı silsilə tədbirlər keçirilib  -FOTOLAR
    Şamaxı rayon Heydər Əliyev Mərkəzində "20 Yanvar-Qan Yaddaşımız" adlı silsilə tədbirlər keçirilib  -FOTOLAR
    Şamaxı rayon Heydər Əliyev Mərkəzində "20 Yanvar-Qan Yaddaşımız" adlı silsilə tədbirlər keçirilib  -FOTOLAR
    Şamaxı rayon Heydər Əliyev Mərkəzində "20 Yanvar-Qan Yaddaşımız" adlı silsilə tədbirlər keçirilib  -FOTOLAR
    Şamaxı rayon Heydər Əliyev Mərkəzində "20 Yanvar-Qan Yaddaşımız" adlı silsilə tədbirlər keçirilib  -FOTOLAR
    Şamaxı rayon Heydər Əliyev Mərkəzində "20 Yanvar-Qan Yaddaşımız" adlı silsilə tədbirlər keçirilib  -FOTOLAR
    Şamaxı rayon Heydər Əliyev Mərkəzində "20 Yanvar-Qan Yaddaşımız" adlı silsilə tədbirlər keçirilib  -FOTOLAR
    Şamaxı rayon Heydər Əliyev Mərkəzində "20 Yanvar-Qan Yaddaşımız" adlı silsilə tədbirlər keçirilib  -FOTOLAR

    Vüsal Məmmədov
    Rubrika.Az


    Facebook-da paylaş