• Şamaxıda zəlzələnin “ikinci dalğası” başlanıb - ŞİKAYƏT

    Şamaxıda zəlzələnin “ikinci dalğası” başlanıb - ŞİKAYƏT

    Rayonda baş verənlərə diqqət yetirəndə düşünmək olar ki, sanki hansısa qüvvələr bilavasitə FHN-nə, şəxsən onun sədri K.Heydərova qarşı məqsədli şəkildə təxribat aparır

    Bu ilin fevral ayında İsmayıllı-Şamaxı bölgəsində baş verən zəlzələ ciddi fəsadlar doğurmuşdu. Zəlzələdən dərhal sonra prezident rayonlara səfər edətrək təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün müvafiq göstərişlər verdi. Şamaxıya ard-arda iki dəfə səfər edən prezident ziyan dəyçiş evlərin təmiri və yenidən tikilməsi üçün göstərişlər verdi və hər bir vətəndaşın problemlərinin dərhal həll olunmasını tapşırdı. Amma, zəlzələdən ziyan çəkənlərin böyük əksəriyyəti yerli məmurların biganəliyindən əziyyət çəkməyə başladılar. Şamaxıda misli görünməmiş “zəlzələ korrupsiyası” başlandı.

    Şamaxıda zəlzələnin “ikinci dalğası” başlanıb - ŞİKAYƏT

    Rubrika.az saytında 20 may tarixində “Şamaxıda “zəlzələ korrupsiyası”nın xarabalıqları altında qalanlar - Rayon Fövqəladə Hallar Komissiyasının sədri kütləvi narazılıq formalaşdırır”,həmçinin 23 may tarixində “Korrupsiya zəlzələsinə" son – Prezidentin siyasətinə xəyanət edən Adilin “qeyri-adil siyahısı”. FHN naziri K.Heydərova MÜRACİƏT” başlıqlı məqalələr dərc edilmişdi. Həmin araşdırmalarda göstərilirdi ki, zəlzələdən zərər çəkmiş evlərin müəyyən olunması zamanı kütləvi saxtakarlıqlara imza atan rayon fövqəladə hallar komissiyasının Adil adlı sədri “məsləhət bildiyi” adamların evlərinin təmir və ya yenidən inşa olunmasına qərar verir. Aldığımız məlumatlara görə hətta zəlzələ nəticəsində zərər dəyməmiş və ya çox cüzi zərər görmüş evlər onun “səxavəti” nəticəsində dövlət hesabına təmir və ya inşa etdirilir. Təbii ki, bütün bunlar üçün ev sahibləri onun “kriteryalarına” cavab verməlidir. Təsadüfi deyil ki,FHK sədrinin belə fəaliyyəti artıq kütləvi narazılıq formalaşdırır. Demək olar ki,hər gün yüzlərlə evi qəzalı vəziyyətdə olan rayon sakini icra hakimiyyətinə şikayətə axışır və komissiyanın araşdırmalarının qərəzli olmasını bildirir. Onlar evlərinin uçmaq təhlükəsi qarşısında olmasına baxmayaraq heç bir tədbir görülmədiyini,əvəzində FHK-nın sədrinin “məsləhət” bildiyi evlərin təmir olunduğunu söyləyirlər.Hər an həyatları təhlükə qarşısında olan,qəzalı evlərdə qorxu içərisində yaşayan sakinlər isə Adilin “qeyri-adil siyahısına” düşə bilmirlər. Əgər vəziyyət belə davam edərsə rayonda hansısa qəzalı evdə faciə yaşanması istisna edilmir. Dövlətin pullarını havaya sovuran bu şəxsə qarşı artıq qəti tədbirlər görmək zamanıdır.

    Şamaxıda zəlzələnin “ikinci dalğası” başlanıb - ŞİKAYƏT

    Rubrika.az saytına verilən məlumatlara görə yuxarıda barəsində söz açdığımız Adil Şamaxı rayon FHK sədri vəzifəsindən azad olunub. Onun yerinə təyinat alan Həsən adlı şəxsin fəaliyyəti də öz sələfindən qətiyyən fərqlənmir. Yenə də

    zəlzələdən zərər görən evlərin təmiri zamanı ikili standartlar tətbiq edilir. Təbii fəlakətdən ciddi ziyan çəkən evlər vardır ki, nədənsə onlar təmir siyahısına düşmür. Redaksiyamıza müraciət edən Şamaxı şəhəri Qədirli küçəsi 65 ünvanında yaşayan Qasımov Ceyhun Vaqif oğlu bildirir ki, zəlzələ nəticəsində evləri tamamilə yararsız vəziyyət düşüb.Ailə hər an təhlükə altında yaşayır. C.Qasımov bildirir ki, atası Vaqif kişi məcburən kirayədə yaşayır. Özləri isə dəfələrlə rayon rəhbərliyinə,FHK-na müraciət etsələr də onların problemi ilə maraqlanan olmayıb. Ümumiyyətlə onun vəziyyəti ilə kimsə maraqlanmayıb, həyatlarının təhlükə qarşısında olmasına məhəl qoyulmayıb.

    Şamaxıda zəlzələnin “ikinci dalğası” başlanıb - ŞİKAYƏT

    Aldığımız məlumatlara görə rayonda evi təhlükəli vəziyyətdə olan yüzlərlə sakin analoji durumdadır. Həyatlarının təhlükə qarşısında olmasına baxmayaraq rayonda onların problemləri ilə maraqlanan yoxdur. Ümumiyyətlə verilən xəbərlərdə bildirilir ki, görülən işlər başdansovdu, keyfiyyətsiz şəkildə aparılır. FHK rayon şöbəsinə yeni təyin olunan sədr Həsən nəinki öz fəaliyyətində dönüş yaradıb,əksinə vəziyyət daha acınacaqlı şəkil alıb. “Korrupsiya zəlzələsi”nin fəsadlarını aradan qaldırmaq hələ ki, mümkün olmayıb.

    Rayonda baş verənlərə diqqət yetirəndə düşünmək olar ki, sanki hansısa qüvvələr bilavasitə FHN-nə, şəxsən onun sədri K.Heydərova qarşı məqsədli şəkildə təxribat aparır. Çünki, cənab Prezidentin şəxsi nəzarətində olan bir kompaniyaya bu qədər biganə,başdansovdu münasibət bəsləməyə, şəxsi maraqları ön plana çəkməyə başqa ad vermək olmaz. Sanki qəsdən FHN-ni gözdən salmaq,onun fəaliyyətinə kölgə salmaq üçün bu əməllər törədilir. Yüzlərlə qəzalı vəziyyətdə olan evləri diqqətdən kənarda qoymaqla minlərlə insanın həyatını təhlükəyə atanlaın əməllərinə təxribatdan, dövlət siyasətinə xəyanətdən başqa ad vermək olmaz. Cənab prezidentin göstərişlərini qazanc mənbəyinə çevirən belə məmurlar aparılan böyük işlərə kölgə salmaqla bərabər yerlərdə etiraz dalğası formalaşdırırlar. Görəsən təmsil olunduğu hakimiyyət komandasına bundan böyük xəyanət ola bilərmi?

    Rubrika.Az


    Facebook-da paylaş