• Rafiq Yusubovu Xırdalan şəhər “meriyasına” kimlər və nə üçün gətirdi?

    Rafiq Yusubovu Xırdalan şəhər “meriyasına” kimlər və nə üçün gətirdi?

    Abşeron vaxtıı ılə Azərbaycanda həm sənayenin, həm də kənd təsərrüfatının birgə inkişaf etdiyi bir rayon olub. Abşeron yarımadasının ən böyük təsərrüfatları məhz sözügedən rayonun ərazisində yerləşib. Mehdiabad, Qobu, Güzdək, Hökməli, Digah, Aşağı Güzdək, Məmmədli, Masazır, Fatmayı, kimi kənd və qəsəbələrində indi kənd təsərrüfatından əsər əlamət qalmayıb. Bu kəndlərin torpaq sahələri bələdiyyələr tərəfindən fərdi yaşayış evləri üçün satılıb. Novxanı, Saray, Görədil, Ceyranbatan kimi qəsəbələr isə villalar məkanına, məmurların bağ evi yerlərinə çevrilib. Vaxtı ilə xırda bir qəsəbəni xatırladan Xırdalan isə artıq bir şəhərə çevrilib. Paytaxta yaxın olduğundan rayonlardan Bakıya üz tutanların burada daha çox məskunlaşması Xırdalanın problemlərin də artırmış olub. Xırdalanda layihəsiz, plansız, kor koranə tikilmiş fərdi yaşayış evlərin ilə yanaşı son illər hündürmərtəbəli yaşayış evlərinin də sayı çoxalıb. Əksəriyyəti beşmərtəbəli evlərdən ibarət Xırdalana cöxmərtəbəli binalar keçmiş İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən gətirilib. Adıçəkilən şəxs Abşeron rayon İcra Hakimiyyətinə rəhbər təyin olunduqdan bir az sonra Xırdalandakı boş torpaq sahələrini hündürmərtəbəli evlər tikmək üçün sahibkarlara sataraq iş admlarının diqqətini çəkə bildi. Hazırda bir birinə söykənən bu binaların sayı gün-gündən çoxalmaqdadı. Şəhərin baş memarı Akif Əliyev isə burada memardan daha çox makler rolunu hələ də davam etdirir. Yəni keçmiş başçı Zakir Fərəcovun dövründə olduğu kim hazırki İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova ilə də eyni formada işləyir. Bu şəxslərin Zakir Fərəcovun adamı olduqlarını artıq hamı bilir. Odur ki, onların haqqında nə isə yazmaq heç də yenilik deyil.

    Xırdalanda yenilik Abşeron rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rafiq Yusubovun gördüyü işlərdədir. Qeyd edək ki, Rafiq Yusubov sözügedən vəzifəni Əbülfət Qasımovun əlindən alıb. Bu, o Əbülfət Qasımovdu ki, vaxtı ilə Xırdalan sakinləri arasında talançılığına görə ad çıxarmışdı. Bu, həmin Rafiq Yusubovdur ki, vaxtı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Abşeron rayon şöbəsinin müdiri Mübariz Vəliyevin yanında işləmiş, onun ən yaxın adamlarından biri kimi rayonun kənd və qəsəbələrində bələdiyyələrin köhnə tarixlərlə satdıqları torpaq sahələrinə mülkiyyət haqqında saxta sənədlər vermişlər. Bu, həmin Mübariz Vəliyevdir ki, 2005-2015-ci illərdə Abşeron topaqlarını Zakir Fərəcovla şərikli satırdılar .2015-ci ildə Zakir Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinə başçı təyin olduqduqdan sonra onsuz da ləğv edilmiş Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsində etdiyi saxtakarlıqlardan yaxa qurtaran Mübarız Vəliyev özünü Sumqayıa, keçmiş şərikinin yanına, bu dəfə Abşeron, Xzı və Sumqayıtın yaşıllıqlarını məhv etmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ərazı Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri getdi. Çalışdıqları idarə 2015-ci ildə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə birləşdirildikdən sonra işsiz qalmış Rafiq Yusubov isə keçmiş müdiri Mübarız Vəliyevin vasitəçiliyi ilə 2017 ci ildə Abşeron rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olundu.

    Bu vəzifəyə təyinat aldıqdan sonra Rafiq Yusubov Xırdalan şəhərində nə kimi işlər görə bilib? Qeyd edək ki onun təyinatına qədər Xırdalanda parklar salınmış, abadlıq, quruculuq işləri aparılmışdı. Xırdalan şəhər İcra Nümayəndəliyi tərəfindən yol kənarlarına salınan qazon, əkilən şam ağacları, müxtəlif növ dekorativ güllərin əkilməsi görülən abadlıq işləri, sakinlər üçün yaradılmış istirahət guşələri qeyd etdiyimiz kimi çoxdan görülmüş işlərdir. Rubrika.Az aktualinfo.org-a istinadla bildirir ki, məlumatlara görə, Rafiq Yusubov bu işlərin yenidən görülməsinə vəsaitlər ayırır, güya yenidən təmir edilib adı ılə ayrılmış vəsaitləri kənarlaşdırır.İstər H. Əliyev prospektində , istərsə də mərkəzi küçələrdəki ticarət, məişət və içtimai iaşə obyektlərin qabaq hissələri əsaslı şəkildə təmiri əslində yerli kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara düzəltdirilir. Xərclərin isə icra nümayəndəliyindən ayrıldığı, işlərin güya həmin vəsaitlər hesabına görüldüyü qeyd edilir. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi “İdarənin xərcləri” maddəsi üzrə mal-materialların, yumşaq inventarların, yataq ləvazimatlarının və xüsusi geyimlərin, inventarların və avadanlıqların satın alınması, Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin, Xırdalan şəhər orta məktəb binasının cari təmir işlərinin satın alınması və digər xərclər maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması üçün elan etdiyi tenderlərdə və kotirovka sorğularında kimlərin qalıb çıxması və buradan Rafiq Yusubovun nə qədər gəlirlər əldə etdiyi isə heç kimə bəlli deyil.

    Qeyd etdiyimiz kimi Xırdalana müasir görkəm verən hündürmərtəbəli binaların tikintisi geniş vüsət almaqdadır. Bu müasirliyin fonunda köhnə binaların bərbad vəziyyətdə olması da danılmaz bir faktdır. Binaların dam örtüklərinin yenilənməsinə vəsait ayrılsa da mərkəzi küçələrdə bir iki dam örtüyünü yeniləyib qalan vəsaitlərin mənimsənilməsinə yol verilir.Xırdalan şəhərinin Quşçuluq yaşayış massivində, kənd Xırdalan hissəsində, məhəllədaxılı yollar bərbad vəziyyətdə olduğundan sakinlər daim şikayətçidirlər. Şəhərin ərazisində binaların zirzəmilərindəki su və kanalizasiya xəttlərində olan qüsurların aradan qaldırılması istiqamətindəheç bir iş görülmür. .Sakinlərin üzləşdiyi problemlərin, sosial-məişət qayğılarının, rastlaşdıqları çətinliklərin və müraciətlərin operativ aradan qaldırılması yönündə şəhər rəhbərliyi tərəfindən atılan addımların sadəcə görüntü xarakteri daşıdığı redaksiyamıza verilən məlumatlarda xüsusilə qeyd edilir.

    Eləbu günlərdə bir sıra elektron kütləvi informasiya vasitələrində Xırdalan şəhərinin abad mərkəzi küçələrindən fərqli olaraq gözdən uzaq küçələrinin bərbad vəziyyəti barədə məlumatlar yaymışdı.

    Rubrika.az


    Facebook-da paylaş