• İLHAM ƏLİYEVİN TARİXİ QƏLƏBƏSİ - O TARİXƏ DÜŞMƏDİ, TARİX YAZDI

    İLHAM ƏLİYEVİN TARİXİ QƏLƏBƏSİ - O TARİXƏ DÜŞMƏDİ, TARİX YAZDI

    O, hamının praqnozlaşdırdığını heç kimin düşünmədiyi tərzdə həyata keçirməyi bacarır

    Azərbaycan kiçik ölkələdir və tarix boyu böyük siyasi oyunların meydanına çevrilib. Yerləşdiyi coğrafiyada hər zaman hədəfdə olan, Tanrının verdiyi zəngin təbii sərvətləri çox zaman baş bəlasına çevrilən bu Şərq ölkəsinin tarixi istilalar, talanlar və mübarizələr ilə zəngindir. Bu günkü dünyada-böyük güclərin kiçik dövlətlər üçün “demokratiya tamaşaları” səhnələşdirdiyi zamanda hər tərəfdən diş qıcanan ölkədə sabitliyi və dinamik inkişafı qoruyub saxlamaq böyük siyasi məharət və zəka tələb edir. Azərbaycan bu mənada şanslı ölkədir ki, onu “demokratiya tamaşalarına” səhnə edə bilmirlər-buna nə qədər cəhd etsələr də alınmır. Çünki Azərbaycan demokratiyanı idxal edən ölkəyə çevrilmədi-əksinə özü demokratiyanın ən demokratik modelini formalaşdıra bildi.

    İlham Əliyev 16 illik idarəetməsi ilə dəfələrlə ölkə ictimaiyyətini və bütün dünyanı yaxşı mənada təəccübləndirə bilib. O hamının proqnozlaşdırdığını heç kimin düşünmədiyi tərzdə həyata keçirməyi bacarır-siyasi analitiklərin, iqtisasçıların proqnozlarını mat vəziyyətində qoymaqla. Prezident həm də atdığı addımları, həyata keçirdiyi islahatları ən doğru zamanda etməyi də çox gözəl bacarır. Tələsmədən və gecikmədən! İlham Əliyev min illik Şərq adət-ənələrini, dünyagörüşünü Qərbin müasir siyasi modelinə məharətlə uyğunlaşdıra bilib. Azərbaycan bu gün Şərqin və Qərbin yanaşı addımladığı tolerant bir ölkədir. Bütün bu tarazlığı saxlamaq üçünsə təkcə siyasi məharət kifayət etmir-həm də şəxsi keyfiyyətlər və böyük nüfuz mühüm faktordur.

    İlham Əliyev pafoslu çıxışlardan, sırf publikaya hesablanan bəyanatlardan uzaqdır. Hamı anlayır ki, onun sözü həm də əməldir-dedisə həyata keçiriləcək! İlham Əliyev bu gün üçün danışmır-onun siyasi tezisləri həm də sabahdır.

    İlham Əliyev ilk dəfə prezident seçiləndə hər bir həmvətəninin yaddaşına həkk olan bəyanatını verdi-Mən hər bir azərbaycanlının Prezidenti olacağam! Və 16 ildir ki, bütün qitələrdə yaşayan azərbaycanlılar bunu hiss edirlər, bu əminliyin verdiyi komfortdan yararlanırlar. İlham Əliyev bu mənada hər bir azərbaycanlının özgüvənidir-hər kəs dövlətinin və liderinin dəstəyini hiss edir və ona inanır!

    2019-ci il “demokratiya tamaşaları”nın “qrant artistləri” üçün böyük ümidlərlə başlandı. Məxməri, narıncı, qəhvəyi inqilab xülyaları ilə Facebookda coşanlar, küçə tərbiyəsi ilə ağzı köpüklənə-köpüklənə söyüş söyənlər bu ilin onlar üçün xilas ili olacağını düşünürdülər. Gərgin iqtisadi-siyasi təlatümlərin hökm etdiyi dünyada kütləni aldatmaq üçün mövzu kifayət qədərdir. Elə yanvarın 19-da “qrant artistlərinin” “məhsuldar” hesab etdikləri mitinqləri də “tamaşa”nın ilk pərdəsi idi. Bu əslində müəlliflərinin düşündükləri dramatik tamaşa kimi alınmadı. Xalq növbəti komediyanın şahidi oldu!

    “Qrant artistləri”nin az qala faciə kimi təqdim etdikləri- onları qələbəyə aparacağını düşündükləri tezisləri İlham Əliyev bir neçə fərmanla alt-üst etdi. Minimum əmək haqqının, sosial müavinətlərin, təqaüdlərin, şəhid ailələrinə verilən birdəfəlik müavinətlərin dəfələrlə artırılması, struktur islahatlarının aparılması və nəhayətdə əhalinin banklara olan borclarının müzakirə mövzusuna çevrilməsi “məhsuldar” qüvvələrin siyasi iflası oldu. İlham Əliyev yenə də öz ampulasında idi-hamının proqnozlaşdırdıqlarını heç kimin düşünmədiyi tərzdə və zamanda edirdi!

    İlham Əliyevin ən böyük qələbəsi vətəndaşın ona olan inamı və dəstəyidir. 7-dən 77-yə kimi hər bir azərbaycanlı inanır ki, onun arxasında böyük siyasi güc, iradə və lider dayanıb. Hər kəs son qərarın ən doğru qərar olacağına inanır! Bu gün dövlət bütün mənalarda öz vətəndaşına sahib çıxmağı bacarır-İlham Əliyev bunu praktik olaraq hər zaman sübuta yetirib.

    Şamaxı zəlzələsində ixtiyar yaşında evi dağılan Xanım nənə “Allaha inandığım kimi inanırdım ki, O gələcək” deyə Prezidentinə olan inamını ifadə etdi. Bu İlham Əliyevin rəqibləri üzərində tarixi qələbəsi idi! Zatən O tarixi özü yazmağı çox yaxşı bacarır!

    Nicat Mahmudov


    Facebook-da paylaş